Bank Of Baku

Papa XIV Leo İran memorandumunun münaqişəyə son qoyacağına ümid etdiyini deyib

Papa XIV Leo İran memorandumunun münaqişəyə son qoyacağına ümid etdiyini deyib
# 17 iyun 2026 02:38 (UTC +04:00)

Roma Papası XIV Leo ABŞ və İran arasında memorandumun imzalanmasının onların münaqişəsini həll edəcəyinə və hərbi əməliyyatların yenidən başlamasının qarşısını alacağına ümid etdiyini deyib.

APA xəbər verir ki, Papa XIV Leo bu barədə Roma yaxınlığındakı iqamətgahında jurnalistlərə açıqlaması zamanı danışıb.

"Allaha şükür ki, cümə günü rəsmi olaraq imzalayacaqları bir memorandum var. Deyirlər ki, hələ də bir neçə məqamda razılığa gəlinməlidir. Amma bunu müharibəyə qayıtmaqdansa, dialoq yolu ilə, danışıqlar yolu ilə etmək həmişə daha yaxşıdır. Buna görə də ümid edirəm ki, bu, həqiqətən də müharibənin həllidir, müharibə həqiqətən də bitəcək", - Papa deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR