Bank Of Baku

İsveçrədə Ukraynada sülh planına dair konfrans keçiriləcək

İsveçrədə Ukraynada sülh planına dair konfrans keçiriləcək
# 08 aprel 2024 17:07 (UTC +04:00)

İyun ayında İsveçrədə Ukrayna münaqişəsi üzrə sülh planına dair beynəlxalq konfrans keçiriləcək.

APA-nın “Bloomberg”ə istinadən xəbərinə görə, tədbirdə 100-ə yaxın ölkənin iştirakı gözlənilir.

O da bildirilir ki, hazırda Çin təmsilçilərinin bu tədbirdə iştirakı ciddi müzakirə mövzusudur. Hərçənd, İsveçrə Çinin konfransa qatılmasının kritik əhəmiyyətə malik olduğu barədə bəyanat verib.

Rəsmi Vaşinqtondan isə bildirilib ki, Pekinin Rusiyaya dəstəyi səbəbindən bu tədbirə qatılması ciddi suallar doğurur.

Analitiklərin fikrincə, indiyədək demək olar ki, bütün qlobal münaqişələrdə neytrallığını qoruyan İsveçrənin Ukraynanın qələbəsində maraqlı olan tərəfləri bir yerə toplaması təsadüfi deyil.

Qeyd edək ki, hələ fevral ayında İsveçrənin müdafiə naziri Viktoriya Amherd Rusiyanın bu tədbirə dəvət olunmayacağını bəyan edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR