Paşha Bank
Bank Of Baku

Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq

Polşada ABŞ-nin daimi hərbi bazasının yaradılması müzakirə olunacaq
# 28 oktyabr 2026 04:46 (UTC +04:00)

Polşa Prezidenti Karol Navrotski Milli Təhlükəsizlik Şurasının iclasını çağırıb. İclasda ölkə ərazisində ABŞ-nin daimi hərbi bazasının tikintisinin müzakirəsi planlaşdırılır.

APA xəbər verir ki, bu barədə Polşa Milli Təhlükəsizlik Bürosunun rəhbəri Barтоş Qrodecki "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, Milli Təhlükəsizlik Şurasının iclası noyabrın 3-də saat 15:00-da keçiriləcək.

Qapalı formatda baş tutacaq iclasda milli təhlükəsizliklə bağlı aktual məsələlər, eləcə də Polşada ABŞ hərbi qüvvələrinin daimi bazasının tikintisi müzakirə olunacaq

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR