Bank Of Baku

ISW: Ukrayna qoşunlarının Xarkov və Donetsk vilayətlərində uğurları var

ISW: Ukrayna qoşunlarının Xarkov və Donetsk vilayətlərində uğurları var
# 01 fevral 2026 10:19 (UTC +04:00)

Ukrayna qoşunları Xarkov vilayətinin şimalında və Konstantinovka–Drujkovka taktiki istiqamətində irəliləyiblər. Eyni zamanda Rusiya ordusu Pokrovsk və Qulyaypole istiqamətlərində müəyyən uğurlar əldə ediblər.

APA xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) yeni hesabatında deyilir.

Analitiklərin məlumatına görə, yanvarın 30-na aid geolokasiyalı videoyazılar Müdafiə Qüvvələrinin bu yaxınlarda Xarkovun şimal-şərqində yerləşən Nesternoye ərazisinin şimal hissəsində irəliləyə bildiyini göstərir.

Hesabatda, həmçinin, Ukraynanın 16-cı Ordu Korpusunun yanvarın 31-də yaydığı məlumata istinad edilir. Bildirilir ki, Rusiya qoşunları Ukrayna pilotsuz uçuş aparatlarının əməliyyatlarına mane olmaq üçün əlverişsiz hava şəraitindən istifadə edərək daha tez-tez hücumlar həyata keçirir və bu, ukraynalı döyüşçülərin ciddi şəkildə tükənməsinə səbəb olur.

Bundan əlavə, Xarkov istiqamətində fəaliyyət göstərən Ukrayna briqadası məlumat verib ki, Rusiya tərəfinin Şebekino rayonu ərazisindən ТОС-1A termobarik artilleriya zərbələrinə cavab olaraq Ukrayna qüvvələri fiber-optik pilotsuz uçuş aparatlarının zərbələri vasitəsilə Belqorod vilayətində “zərbə zonasını” genişləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR