Gürcüstan və Azərbaycan Orta Dəhlizin inkişafında əsas rol oynayır və mühüm funksiya yerinə yetirir.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili Birinci kanalın “Günün mövzusu” proqramına müsahibəsində deyib.
O bildirib ki, Orta Dəhlizin əsas iştirakçıları olan Gürcüstanla Azərbaycan arasında müntəzəm diaoloqun aparılması və mövqelərin razılaşdırılması vacibdir.
“Gürcüstan-Azərbaycan münasibətlərində bu gün mövcud potensial Orta Dəhlizin inkişafı üçün perspektivlər yaradır”, - deyə Boçorişvili qeyd edib.