Bank Of Baku

Prezident Administrasiyasında dekabr ayı üzrə vətəndaşların qəbul cədvəli açıqlanıb

Prezident Administrasiyasında dekabr ayı üzrə vətəndaşların qəbul cədvəli açıqlanıb
# 25 noyabr 2026 20:12 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində 2026-cı ilin dekabr ayında vətəndaşların qəbul cədvəli açıqlanıb.

APA xəbər verir ki, qəbul aşağıdakı tarixlərdə keçiriləcək:

  • 1 dekabr – Prezidentin köməkçisi Zeynal Nağdəliyev;
  • 2 dekabr – Prezidentin köməkçisi Natiq Əmirov;
  • 3 və 17 dekabr – Prezidentin köməkçisi Fuad Ələsgərov;
  • 4, 11 və 25 dekabr – Birinci vitse-prezidentin Katibliyinin rəisi Altay Həsənov;
  • 4 dekabr – Prezidentin köməkçisi Şahmar Mövsümov;
  • 7 dekabr – Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov;
  • 8 dekabr – Prezidentin köməkçisi Kərəm Həsənov;
  • 9 dekabr – Hərbi məsələlər şöbəsinin müdiri Fərid Seyidov;
  • 10 dekabr – Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva;
  • 11 dekabr – Prezidentin köməkçisi Hikmət Hacıyev;
  • 14 dekabr – Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdiri Tələt Məcidov;
  • 15 dekabr – Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev;
  • 16 dekabr – Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev;
  • 18 dekabr – Prezidentin Mətbuat katibi Orxan Səttarov, Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi, Hüquq mühafizə orqanları ilə iş şöbəsinin Əfv məsələləri sektoru;
  • 21 dekabr – Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov;
  • 22 dekabr – Şuşa rayonunda Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov;
  • 23 dekabr – Kəlbəcər rayonunda Prezidentin xüsusi nümayəndəsi Bəşir Hacıyev və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəsi Məsim Məmmədov;
  • 24 dekabr – Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi;
  • 25 dekabr – Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Prezidentin xüsusi nümayəndəsi Vahid Hacıyev;
  • 28 dekabr – Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibi Ramil Usubov.

Vətəndaşların qəbulu Prezident Administrasiyasının Vətəndaş Qəbulu Mərkəzində keçiriləcək.

Qəbul saat 14:00-da başlayır. Qəbula yazılış qəbul gününə ən geci bir iş günü qalmış dayandırılır.

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Zaur Nudirəliyev küçəsi, 79.

Əlaqə: Çağrı Mərkəzi – 1111.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR