Paşha Bank
Bank Of Baku

ABŞ və Rusiya qarşılıqlı təhdidlərin aradan qaldırılmasını müzakirə edib

ABŞ və Rusiya qarşılıqlı təhdidlərin aradan qaldırılmasını müzakirə edib
# 26 noyabr 2026 03:16 (UTC +04:00)

ABŞ və Rusiya hər iki ölkənin bir-birindən təhlükə hiss etməməsi üçün hansı addımların atıla biləcəyini müzakirə edib.

Bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi və kürəkəni Cared Kuşner “Axel Springer” media konserninin rəhbəri Matias Döpfnerin podkastında bildirib.

Onun sözlərinə görə, Moskva NATO-nu şərqə doğru genişlənən və təxribatçı xarakter daşıyan qüvvə kimi qiymətləndirir.

“Rusiya tərəfi ilə heç bir tərəfin digərindən təhlükə hiss etməməsi üçün hansı addımları ata biləcəyimiz barədə çox maraqlı söhbətimiz oldu”, – deyə Kuşner qeyd edib.

O əlavə edib ki, Ukraynadakı münaqişəyə uzun illər ərzində bir çox liderlərin yol verdiyi anlaşılmazlıqlar, yanlış qərarlar və səhv hesablamalar gətirib çıxarıb.

“Biz keçmişi dəyişə bilmərik, lakin ondan dərs çıxarmağa çalışa bilərik. Məqsədimiz yalnız atəşkəsə necə nail olmağı müəyyənləşdirmək deyil, həm də davamlı sülh üçün lazımi şərait yaratmaqdır”, – deyə Kuşner vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR