Bank Of Baku

İtaliya İspaniya ilə arasında hava və dəniz marşrutlarında pasport yoxlamalarını bərpa edib

İtaliya İspaniya ilə arasında hava və dəniz marşrutlarında pasport yoxlamalarını bərpa edib
# 31 iyul 2026 22:13 (UTC +04:00)

İtaliya hökuməti Daxili İşlər Nazirliyinin təşəbbüsü ilə İspaniya ilə Şengen rejiminin tətbiqini müvəqqəti məhdudlaşdırıb və hava ilə dəniz marşrutlarında pasport yoxlamalarını bərpa edib.

APA xəbər verir ki, bu qərar Mərakeşdən İspaniyanın Seuta anklavına rekord sayda qanunsuz miqrantın daxil olmasından sonra qəbul olunub.

Qərara əsasən, İspaniyadan İtaliyaya hava və dəniz yolu ilə gələn sərnişinlər üçün pasport və şəxsiyyət yoxlamaları bərpa ediləcək.

İtaliya hökuməti bildirib ki, tədbir əsasən qanunsuz miqrasiyanın qarşısının alınmasına yönəlib və müvəqqəti xarakter daşıyır.

İspaniya isə qərardan təəssüf hissi keçirdiyini bildirərək, Avropa İttifaqı çərçivəsində əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR