Bank Of Baku

İtaliyalı nazir: “Ukrayna hələ NATO standartlarına cavab vermir”

Luici Di Mayo

© APA | Luici Di Mayo

# 08 fevral 2022 17:40 (UTC +04:00)

Ukrayna onu NATO standartlarına yaxınlaşdıracaq islahatlara hələ yaxınlaşmadığını açıqlayıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Luici Di Mayo parlament komissiyalarının birgə iclasında deyib.

“Təbii ki, biz 2008-ci ildə Buxarest sammitində Kiyev və Tbilisinin üzvlüyünü nəzərdə tutan “açıq qapı” prinsipindən imtina edə bilmərik. Amma bunun Rusiya üçün “qırmızı xətt” olduğunu da bilirik”, - o vurğulayıb.

Ukraynanın NATO standartlarına keçidinin ləngidiyini söyləyən nazir Rusiyaya qarşı planlaşdırılan sanksiyaların ölkə iqtisadiyyatına mümkün mənfi təsirlərindən narahatlıq da ifadə edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR