KİV: Aİ Ukraynaya hərbi kontingent göndərməyi nəzərdə tutmur

KİV: Aİ Ukraynaya hərbi kontingent göndərməyi nəzərdə tutmur
# 11 may 2024 10:43 (UTC +04:00)

Avropa İttifaqının təhlükəsizlik zəmanəti öhdəliklərində Ukraynaya hərbi kontingent göndərilməsi nəzərdə tutulmayıb.

APA “Die Welt”ə istinadən xəbər verir ki, hazırda rəsmi Kiyevin müzakirəsində olan sənədin icrasına iyulun əvvəlində başlanılacaq.

Bildirilir ki, ölkənin Avropa İttifaqı və NATO-ya üzvlük prosesinin sonunadək qüvvədə olacaq öhdəlik paketi özündə Ukrayna tərəfinə hərbi, iqtisadi, ticari, maliyyə, humanitar, eləcə də məcburi köçkünlərin müvəqqəti yaşayış yerləri ilə təminatı məsələlərində əvəzsiz yardımı ehtiva edir.

İttifaq rəsmi Kiyevə diplomatik, o cümlədən postmüharibə dövründə görüləcək tədbirlərə yardım göstərilməsini də nəzərdə tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR