Bank Of Baku

KİV: Almaniya 200 milyard avroluq Müdafiə Fondu yaratmağı düşünür

KİV: Almaniya 200 milyard avroluq Müdafiə Fondu yaratmağı düşünür
# 25 fevral 2025 18:35 (UTC +04:00)

Almaniya büdcəsi 200 milyard avro təşkil edəcək Müdafiə Fondunun yaradılmasını nəzərdən keçirir.

APA xəbər verir ki, bu barədə məlumatı “Bloomberg” yayıb.

Fondda toplanacaq vəsait ölkənin müdafiə xərclərinin artırılmasına yönəldiləcək.

O da bildirilib ki, yaxın vaxtlarda kansler vəzifəsinin icrasına başlayacaq Fridrix Merts layihənin tez bir vaxtda təsdiqlənməsi üçün müzakirələrə başlayıb.

Sözügedən maliyyə qurumuna toplanan vəsait həm də Ukraynaya dəstək məqsədilə istifadə olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR