ABŞ Prezidenti Co Bayden Polşaya planlaşdırılan səfərindən öncə Ukraynaya sürpriz səfər edib.
APA xəbər verir ki, səfərin bəzi təfərrüatları barədə “Financial Times” nəşri yazıb.
Qeyd olunub ki, ABŞ lideri bu gün səhər qatarla Ukrayna ərazisinə gedib, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla onun səfəri barədə əvvəldən məlumat verilməyib.
Xatırladaq ki, Ağ Evin mətbuat xidməti bəyanat yayaraq Co Baydenin 20-22 fevral tarixlərində Avropaya nəzərdə tutulan səfərinin Polşa ilə kifayətlənəcəyini və Ukraynaya getməyəcəyini bildirmişdi.