Bank Of Baku

KİV: Ərdoğan BMT Baş katibi ilə “Taxıl saziş”inin bərpasını müzakirə edəcək

KİV: Ərdoğan BMT Baş katibi ilə “Taxıl saziş”inin bərpasını müzakirə edəcək
# 14 sentyabr 2023 09:10 (UTC +04:00)

“Taxıl sazişi”ni bərpa etmək üçün lazım olan konkret şərtlər BMT-nin Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və qurmun Baş katibi Antonio Quterreş arasında planlaşdırılan danışıqların gündəliyində olacaq.

APA xəbər verir ki, bu barədə TASS-a Ankaradakı diplomatik mənbə məlumat verib.

Mənbə ABŞ-dakı görüşdə sövdələşmənin effektiv və sürətli bərpası üçün konkret şərtlərin müzakirə olunacağını gözlədiyini vurğulayıb.


Mənbə qeyd edib ki, Ankara BMT-dən “Taxıl sazişi” kontekstində Rusiya Federasiyası ilə bağlı təkliflərin yekunlaşdırılmasını xahiş etmək niyyətindədir, görüləcək tədbirlər dəqiqləşdirib. Gündəliyə bu razılaşmalarla bağlı Rusiya rəhbərliyinə yeni məktub göndərilməsi daxildir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR