Bank Of Baku

KİV: Fransa hərbi kontingentinin Nigerdən çıxarılması yarım il çəkə bilər

KİV: Fransa hərbi kontingentinin Nigerdən çıxarılması yarım il çəkə bilər
# 12 oktyabr 2023 15:03 (UTC +04:00)

Fransa hərbi kontingentinin Nigerdən çıxarılması yarım il çəkə bilər.

APA xəbər verir ki, bu barədə “Agence France-Presse” (AFP) agentliyi ordudakı mənbəyə istinadən məlumat yayıb.

Buna səbəb kimi maddi-texniki problemlər göstərilib. Fransa öz hərbçilərini Nigerdən çıxarmaqda logistik çətinliklərlə üzləşir, buna görə də proses altı aya qədər çəkə bilər.

Hərbçilərin Nigerdən Çada göndərilməsi üçün Fransa kifayət qədər hərbi təyyarəyə malik deyil, belə ki, xeyli sayda hərbi texnikanın daşınması zərurəti yaranıb.

Bildirilib ki, Fransa qoşunlarının köçürülməsi üçün 2000 konteynerdən ibarət yük daşınmalıdır və bunun üçün Fransa Hərbi Hava Qüvvələrinin demək olar ki, bütün nəqliyyat təyyarələri səfərbər edilməlidir.

Qeyd edək ki, Nigerdə ümumilikdə təxminən 1400 fransız hərbi qulluqçu xidmət aparırdı və onlar artıq hissəli şəkildə ölkəni tərk etməyə başlayıblar.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron fransız hərbçilərin bu ilin sonuna qədər Nigerdən çıxarılması barədə planları açıqlamışdı.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR