Fransada 1 May nümayişində 650 minə qədər insan iştirak edə bilər.
APA xəbər verir ki, bu barədə yerli BFM TV telekanalı məlumat yayıb.
Bildirilib ki, 1 May - Beynəlxalq Əmək Günü münasibətilə Fransada pensiya islahatına qarşı ölkənin müxtəlif şəhərlərində 300-ə yaxın nümayiş planlaşdırılıb.
Xatırladaq ki, Fransada etirazlar və nümayişlər dalğasına ölkədə pensiya yaşının 62-dən 64-ə qaldırılmasını nəzərdə tutan pensiya islahatı haqqında qanunun qəbulu və bir sıra xüsusi güzəştlərin ləğvi səbəb olub.
İslahat haqqında qanunun bu ilin payızında qüvvəyə minəcəyi gözlənilir.