KİV: Fransanın Ukraynada NATO qoşunlarını yerləşdirmək təklifi rədd olunub

KİV: Fransanın Ukraynada NATO qoşunlarını yerləşdirmək təklifi rədd olunub
# 04 mart 2024 12:07 (UTC +04:00)

Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Tyeri Burxardt NATO-dakı həmkarlarına Ukraynada alyans qoşunlarının yerləşdirilməsi məsələsini nəzərdən keçirmək təklifi göndərib, lakin mənfi cavab alıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Politico nəşri ABŞ-nin NATO-dakı keçmiş daimi nümayəndəsi İvo Daalderin məlumatlarına istinadən yazıb.

Daalder bu fikrin Fransa Prezidenti Emmanuel Makronun həmin ehtimalı açıq şəkildə qeyd etməsindən bir neçə həftə əvvəl səsləndirildiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR