KİV: G7 Rusiyanın dondurulmuş aktivlərindən istifadəni müzakirə edəcək

KİV: G7 Rusiyanın dondurulmuş aktivlərindən istifadəni müzakirə edəcək
# 22 may 2024 10:58 (UTC +04:00)

G7 ölkələrinin maliyyə nazirləri Rusiyanın 300 milyard dollara yaxın dondurulmuş aktivlərindən istifadə üsullarını müzakirə edəcək.

APA-nın “Reuters”ə istinadən məlumatına görə, 24-25 may tarixlərində İtaliyada keçiriləcək görüşdə həmin aktivlərin Ukraynaya istiqamətləndirilməsi müzakirə olunacaq. ABŞ həmin aktivlərin istiqrazlara çevrilərək satılması yolu ilə büdcə gəlirlərinin artırılmasını təklif edib. Rəsmi Vaşinqtonun fikrincə, həmin aktivlərin 50 milyard dolları Ukraynaya kredit qismində verilə bilər.

Görüşdə həmçinin, Çinin dünya bazarında genişlənən ixrac imkanları da nəzərdən keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR