İspaniyanın Milli Kəşfiyyat Mərkəzi (CNI) Seutada miqrasiya böhranının başlamasından bir gün əvvəl Mərakeşdən muxtar şəhərə qanunsuz keçid cəhdlərinin mümkünlüyü barədə xəbərdarlıq edib.
Bu barədə EFE agentliyi məlumat yayıb.
Bundan əvvəl İspaniya hökuməti Seutadakı hadisələrlə bağlı hesabatların məxfiliyinin aradan qaldırılacağını açıqlamışdı.
EFE-nin məlumatına görə, CNI iyulun 29-da sosial şəbəkələrdə yayılan məlumatları nəzərə alaraq Mərakeş və İspaniya hökumətini miqrantların Seutaya keçmək üçün mümkün cəhdləri barədə xəbərdar edib.
Bundan başqa, kütləvi miqrant axınının başlamasından bir neçə saat sonra İspaniyanın hərbi kəşfiyyatı və təhlükəsizlik qüvvələri “miqrasiya dalğası” fonunda Mərakeş hüquq-mühafizə orqanlarının passivliyinə diqqət çəkiblər.