Bank Of Baku

KİV: İtaliya Baş naziri Kiyevə səfər edə bilər

Ciorcia Meloni

© APA | Ciorcia Meloni

# 14 fevral 2023 13:38 (UTC +04:00)

İtaliyanın Baş naziri Ciorcia Meloni Polşaya səfəri zamanı Kiyevə gedə bilər.

APA xəbər verir ki, bu barədə İtaliyanın “La Stampa” nəşri yazıb.

Ehtimal olunur ki, səfər fevralın 24-ü baş tutacaq.

Nəşr diplomatik dairələrə istinadən qeyd edib ki, Varşavada 9 Şərqi Avropa və Baltikyanı ölkələrin görüşündən sonra Ciorcia Meloninin Kiyev səfəri baş tuta bilər.

Xatırladaq ki, ötən həftə Ağ Ev Co Baydenin fevralın 20-dən 22-dək Polşaya səfər edəcəyini elan etmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR