Bank Of Baku

KİV: Kobaxidze Gürcüstanın yeni Baş naziri olacaq

KİV: Kobaxidze Gürcüstanın yeni Baş naziri olacaq
# 29 yanvar 2024 13:27 (UTC +04:00)

Gürcüstanın Baş naziri İrakli Qaribaşvilini hakim “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze əvəz edə bilər.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstanın hakimiyyətə yaxın “İmedi” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilib ki, partiyanın yanvarın 24-də keçirilmiş siyasi şurasının iclasında İrakli Qaribaşvilinin partiyanın sədri, İrakli Kobaxidzenin isə Baş nazir təyin edilməsi qərara alınıb.
Sözügedən qərarın fevralın 1-də bəyan ediləcəyi bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR