Bank Of Baku

KİV: Ukrayna ordusu “Rivne” AES yaxınlığındakı əraziləri minalayır

KİV: Ukrayna ordusu “Rivne” AES yaxınlığındakı əraziləri minalayır
# 12 avqust 2023 14:37 (UTC +04:00)

Ukrayna Silahlı Qüvvələri “Rivne” atom elektrik stansiyasının (AES) yaxınlığındakı əraziləri minalayır və Belarusla sərhəddə ikinci müdafiə xəttini gücləndirir.

APA xəbər verir ki, bu barədə Ukraynanın “5-ci kanal”ı məlumat yayıb.

Qeyd olunub ki, Belarusa yaxın bölgədə, Belarus-Ukrayna sərhədində piyada və texnika əleyhinə minalardan ibarət ikinci müdafiə xətti qurulur.

Xatırladaq ki, bu müddət əvvəl Ukrayna Silahlı Qüvvələrinin birləşmiş qüvvələrinin komandanı, general-leytenant Sergey Naev ölkənin şimal sərhədində yerləşən ərazilərin gücləndirilməyə başlandığını bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR