Bank Of Baku

KİV: Ukrayna rəhbərliyi əks-hücumun Qərbin ümidlərini doğrultmayacağından ehtiyat edir

KİV: Ukrayna rəhbərliyi əks-hücumun Qərbin ümidlərini doğrultmayacağından ehtiyat edir
# 07 may 2023 07:39 (UTC +04:00)

Ukrayna hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin əks-hücumunun Qərb ölkələrinin gözləntilərini doğrultmayacağından ehtiyat edir.

APA-nın məlumatına görə, bu barədə “The Washington Post” qəzetinin köşə yazarları yazıb.

Müşahidəçilərin fikrincə, Ukrayna hakimiyyəti Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatından “ümidləri mülayimləşdirməyə” çalışır.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov jurnalistlərə açıqlamasında “Dünya bizim əks-hücum kampaniyamızdan gözləntiləri çox yüksək qiymətləndirir” deyib.

Materialda bildirilir ki, Qərbin uzaqmənzilli silahlarının və qırıcı təyyarələrinin olmaması səbəbindən Ukrayna ordusu üçün tapşırıqların icrası getdikcə çətinləşir.

Ukrayna prezidenti Vladimir Zelenski “İndi biz səmada uduzuruq” deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR