Bank Of Baku

KİV: Zaporojye AES-ə gedəcək nümayəndə heyətinin tərkibi məlum olub

KİV: Zaporojye AES-ə gedəcək nümayəndə heyətinin tərkibi məlum olub
# 27 avqust 2022 20:16 (UTC +04:00)

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) gələn həftə Zaporojye AES-ə gedəcək nümayəndə heyətinin tərkibi məlum olub.

APA-nın xəbərinə görə, bu barədə “New York Times” məlumat yayıb.

Qəzet yazır ki, nümayəndə heyətinə AEBA-nın direktoru Rafael Qrossi rəhbərlik edəcək. Missiyada iştirak edəcək 13 ekspert isə neytral ölkələrin nümayəndələrindən təşkil olunub. Heyətdə ABŞ və Britaniya nümayəndələri yer almır.

Qeyd edək ki, Ukraynanın Enerqodar şəhərində yerləşən Zaporojye AES hazırda Rusiya ordusunun nəzarətindədir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR