Bank Of Baku

KİV: Zelenskinin səfəri zamanı Romanın hava məkanı bağlı olacaq

KİV: Zelenskinin səfəri zamanı Romanın hava məkanı bağlı olacaq
# 13 may 2023 06:08 (UTC +04:00)

İtaliya hakimiyyəti Ukrayna prezidenti Vladimir Zelenskinin gəlişi ilə əlaqədar təhlükəsizlik tədbirlərini gücləndirir.

APA-nın “La Repubblica” qəzetinə istinadən verdiyi məlumata görə, paytaxt Roma üzərində hava məkanı bağlanacaq.

Nəşrin məlumatına görə, İtaliya paytaxtının səmasına polis helikopterləri nəzarət edəcək. Eyni zamanda, dəmir yolu vağzallarında və hava limanlarında yoxlamalar gücləndiriləcək. Şəhərin tarixi mərkəzi bloklanacaq.

Zelenskinin şənbə günü səhər tezdən İtaliyaya uçacağı və İtaliyanın baş naziri Corc Meloni ilə görüşəcəyi gözlənilir. Roma Papası Fransiskin Zelenskini qəbul etməsi də istisna edilmir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR