Rusiyanın iyunun 23-də gecə Kiyevə raket və PUA zərbələri nəticəsində həlak olanların sayı altıya yüksəlib.
APA xəbər verir ki, Ukrayna Baş Prokurorluğundan bildirilib ki, hücum nəticəsində 16 nəfər yaralanıb.
Şevçenko rayonunda beşmərtəbəli yaşayış binasının bir girişi zərbələrdən çöküb.
Dağıntılar altında qalanların olduğu ehtimal edilir.
***
08.38
Rusiyanın Kiyevə qarşı həyata keçirdiyi kütləvi raket hücumu nəticəsində şəhərin bir neçə rayonunda yaşayış binaları, biznes mərkəzi, məktəb, metro stansiyası və digər obyektlər zərər görüb.
APA "Unian"a istinadən xəbər verir ki, hücum nəticəsində 4 nəfər həyatını itirib, 13 nəfər yaralanıb.
Aralarında ikisi uşaq və hamilə qadın olmaqla 10 nəfər xilas edilib.
“Gecə saatlarında şəhərə endirilən zərbənin nəticələrinin aradan qaldırılması istiqamətində bütün qurumlar iş başındadır. Məlumatlar dəqiqləşdirilir,” – Ukrayna Fövqəladə Hallar Nazirliyinin açıqlamasında qeyd edilir.