Bank Of Baku

Kobaxidze: AŞPA özünü tamamilə dəyərsizləşdirib

Gürcüstanın Baş naziri İrakli Kobaxidze

© APA | Gürcüstanın Baş naziri İrakli Kobaxidze

# 23 iyun 2026 13:33 (UTC +04:00)

Avropa Şurası Parlament Assambleyası özü özünü tamamilə dəyərsizləşdirib.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, AŞPA-nın qətnamələri ədalətsizdir və Gürcüstan cəmiyyəti artıq onlara reaksiya vermir.

“Qətnamələrdə yer alan məsələlər tamamilə absurddur. Gürcüstan aparıcı demokratik ölkədir. Bu reallıqdır, qətnamədə yerdə qalan digər məqamlar isə heç kimə maraqlı deyil”, - Kobaxidze əlavə edib.

Qeyd edək ki, AŞPA yay plenar sessiyası çərçivəsində Gürcüstanla bağlı hesabatı nəzərdən keçirəcək. Sənəd əsasında hazırlanmış qətnamə layihəsində bildirilib ki, Gürcüstanda demokratik geriləmə, vətəndaş cəmiyyətinə və siyasi müxalifətə təzyiq davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR