Paşha Bank
Bank Of Baku

Ağ Ev Trampın sammit zamanı yuxuya getməsi barədə məlumatları təkzib edib

ABŞ prezidenti Donald Tramp

© APA | ABŞ prezidenti Donald Tramp

# 19 noyabr 2026 20:58 (UTC +04:00)

Ağ Ev ABŞ Prezidenti Donald Trampın Çində keçirilən Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti zamanı yuxuya getməsi barədə yayılan məlumatları təkzib edib.

APA xəbər verir ki, bu barədə Ağ Evin kommunikasiya direktoru Stiven Çun “X” sosial şəbəkəsində paylaşım edib.

O, “Newsweek” jurnalının Trampın Çin Sədri Si Cinpinin çıxışı zamanı yuxuya getdiyinə dair iddiasını əsassız adlandırıb.

“Bu, yalan məlumatdır. Prezident Tramp çıxış zamanı qarşısındakı sənədləri nəzərdən keçirirdi. Onun gözlərinin hərəkəti aydın görünür. İnsanların mediaya bu qədər etimadsız yanaşmasının səbəbi də budur. Onlar daim yalan danışırlar”, – deyə Çun bildirib.

Qeyd edək ki, “Newsweek” jurnalının paylaşımında Trampın APEC sammitinin plenar iclasında yuxuya getdiyi iddia olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR