Ukrayna xarici işlər naziri Dmitri Kuleba Rusiyanın hücumları ilə əlaqədar Afrikaya səfərini yarımçıq qoyub.
APA xəbər verir ki, bu barədə XİN başçısı "Twitter"də bildirib.
"Rusların hücumlarına qətiyyətlə cavab vermək üçün bu gün səhər tezdən tərəfdaşlarla daimi təmasdayam. Afrika ölkələrinə səfərimi yarımçıq qoyub dərhal Ukraynaya qayıdıram", nazir deyib.
Qeyd edək ki, bu gün səfər saatlarından etibarən Rusiya Kiyev də daxil olmaqla, Ukraynanın bir neçə şəhərinə raket və dron zərbələri endirib. Hədəf alınan ərazilər daha çox yaşayış məntəqələri və mülki infrastrukturdur.