Ukrayna xarici işlər naziri Dmitri Kuleba Avropa Komissiyasına çağırış edib.
APA xəbər verir ki, bununla bağlı nazir Kuleba "X" platformasında ("Twitter") paylaşım edib.
"Ukrayna Avropa Komissiyasının verdiyi sözü tutacağını və Ukraynanın kənd təsərrüfatı məhsullarının ixracına qoyulan bütün məhdudiyyətləri sabah aradan qaldıracağını gözləyir. Qadağanın davam etdirilməsinin heç bir forması məqbul deyil, çünki bu, vahid bazarı, Ukrayna-Aİ Assosiasiya Sazişini və Aİ öhdəliklərinə inamı sarsıdacaq", - Kuleba paylaşımında qeyd edib.