Bank Of Baku

Kuleba Baydenlə aparılan danışıqların nəticələrini açıqlayıb - YENİLƏNİB - VİDEO

Kuleba Baydenlə aparılan danışıqların nəticələrini açıqlayıb - YENİLƏNİB  - VİDEO
# 26 mart 2022 18:08 (UTC +04:00)

Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada ABŞ Prezidenti Co Baydenlə görüşüb.

APA xəbər verir ki, Ukrayna xarici işlər naziri Dmitri Kuleba Varşavada keçirilən danışıqların uğurla başa çatdığını deyib.

"Blinken Ukraynanın hərbi, humanitar və iqtisadi tələbatının təmin ediləcəyini söz verib", nazir vurğulayıb.

Kuleba Prezdent Co Baydenin ukraynalıların mübarizəsindən heyran olduğunu və Ukraynada baş verənlərin XXI əsri dəyişəcəyini söylədiyini əlavə edib.

***

Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada ABŞ Prezidenti Co Baydenlə görüşür.

APA xarici KİV-ə istinadən xəbər verir ki, Varşavada baş tutan görüşdə Co Bayden Ukrayna müdafiə naziri Oleksiy Reznikov və xarici işlər naziri Dmitri Kuleba ilə Rusiyanın hərbi müdaxiləsini və hərbi yardım məsələlərini müzakirə edir.

Görüşdə ABŞ-ın müdafiə naziri Lloyd Ostin və dövlət katibi Entoni Blinken də iştirak edir.

***

14:02

Ukrayna xarici işlər və müdafiə nazirləri Polşada amerikalı həmkarları ilə görüşüblər.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri Dmitri Kuleba "Twitter"də bildirib.

"Mən müdafiə naziri Oleksiy Reznikovla birlikdə Varşavada amerikalı həmkarlarımız - dövlət katibi Entoni Blinken və müdafiə naziri Lloyd Ostinlə görüşürük.
Bu xüsusi "2+2" formatı bizə Ukraynanın Rusiya təcavüzünə qarşı mübarizə qabiliyyətini gücləndirmək üçün həm siyasi, həm də müdafiə sahəsində praktiki qərarlar almağa imkan verir", Kuleba bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR