Kuleba: Biz heç vaxt Rusiyadan başqa heç bir ölkənin nizami ordusuna qarşı hərəkət etməmişik

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 11 avqust 2024 17:43 (UTC +04:00)

Ukrayna Malidəki üsyançılarının “Vaqner” özəl hərbi şirkətinin muzdlularına hücumu zamanı onlara yardım etməyib.

APA “Bloomberg”-ə istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Mavrikiyanın paytaxtı Port-Luisdə olarkən bildirib.

Onun sözlərinə görə, “biz heç vaxt Rusiyadan başqa heç bir ölkənin nizami ordusuna qarşı hərəkət etməmişik”.

“Biz heç bir Afrika ölkəsi ilə münaqişə istəmirik, bizim işimiz Ukraynanı Rusiyanın təcavüzündən qorumaqdır”, - deyə diplomat bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR