Bank Of Baku

Kuleba: Biz II Dünya müharibəsindən sonra ən böyük logistik əməliyyatı həyata keçiririk

Ukrayna  xarici işlər naziri Dmitri Kuleba

© APA | Ukrayna xarici işlər naziri Dmitri Kuleba

# 21 fevral 2023 16:51 (UTC +04:00)

"Ukrayna və ən yaxın tərəfdaşları İkinci Dünya müharibəsindən sonra yəqin ki, ən böyük logistik əməliyyatı həyata keçirirlər".

APA xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Brüsseldə NATO Baş katibi Yens Stoltenberq və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrellə üçtərəfli görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

"Siyasi qərarlardan və bəyanatların arxasında milyonlarla məsələ var ki, onlar da həll olunmalıdır. Biz nə qədər koordinasiyalı şəkildə işləsək, bir o qədər tez Ukrayna ordusu Rusiya ordusunu ərazilərimizdən çıxaracaq, ərazi bütövlüyümüz və Avro-Atlantika məkanında sülh və sabitlik bərpa olunacaq", - Kuleba vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR