Bank Of Baku

Kuleba: F-16-ların Ukraynaya tədarükü zaman məsələsidir

Kuleba: F-16-ların Ukraynaya tədarükü zaman məsələsidir
# 02 may 2023 15:21 (UTC +04:00)

“F-16 təyyarələrinin Ukraynaya tədarükü zaman məsələsidir”.

APA xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba yerli “1 plus 1” telekanalına müsahibəsində deyib.

Kuleba əmin olduğunu bildirib ki, F-16 döyüş təyyarələrinin tədarükü ilə bağlı vəziyyət Ukrayna üçün digər silahların da əldə olunması kimi olacaq və bu, bir zaman məsələsidir.

Nazir həmçinin qeyd edib ki, təyyarələrin verilməsi ABŞ-ın qərarından və Ukraynanın əks-hücum əməliyyatlarının nəticələrindən asılı olacaq.

“Əgər F-16 təyyarələri bizə indiyə qədər tədarük edilsəydi, əks-hücumumuz daha sürətli olardı, həmçinin raket zərbələrindən əziyyət çəkən daha çox əsgər və mülki vətəndaşın həyatını xilas edə bilərdik”, - Kuleba vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR