Kiyevə heç bir ölkədən qırıcı təyyarələrin tədarükü ilə bağlı vəd verilməyib.
APA xəbər verirki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba “Funke” redaksiya qrupunun qəzetlərində dərc olunan müsahibəsində bildirib.
"İndiyədək heç bir ölkə qırıcıların tədarükü ilə bağlı öhdəlik götürməyib", - deyə Kuleba qeyd edib.
Onun sözlərinə görə, bəzi ölkələr Ukrayna hərbçilərinə qırıcı təyyarələri idarə etməyə öyrətməyə hazır olduqlarını bildiriblər.
Kuleba bir daha vurğulayıb ki, ərazi bütövlüyü üçün Rusiya ilə danışıqlara başlamaq zəruridir.
Bir neçə gün əvvəl Almaniyanın vitse-kansleri, iqtisadi məsələlər və iqlimin mühafizəsi naziri Robert Habek bildirib ki, Kiyevə qırıcı təyyarələrin verilməsi məsələsi hazırda gündəmdə deyil.