Bank Of Baku

Kuleba: NATO ölkələri Ukrayna üçün silah istehsal etmək səylərini artıracaq

Kuleba: NATO ölkələri Ukrayna üçün silah istehsal etmək səylərini artıracaq
# 18 fevral 2023 04:29 (UTC +04:00)

NATO müttəfiqləri ölkəmizi dəstəkləmək üçün silah və sursat istehsalını çoxaltmaq üçün səylərini ikiqat artıracaqlar.

APA-nın UNİAN-a istinadən verdiyi məlumata görə, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

Ukrayna Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bu məsələ Kulebanın NATO-nun baş katibi ilə görüşündə qaldırılıb.

“Bu gün Yens Stoltenberqlə mən NATO-nun Ukraynada təhlükəsizliyi gücləndirmək üçün yaxın gələcəkdə əlavə nə edə biləcəyini müzakirə etdik. Əminəm ki, NATO müttəfiqləri Ukraynanı dəstəkləmək naminə silah və sursat istehsalını ikiqat artıracaqlar”, - XİN rəhbəri bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR