Bank Of Baku

Kuleba, Stoltenberq və Borrell Ukraynaya silahların daha tez çatdırılması yollarını müzakirə edəcək

Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

© APA | Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel

# 20 fevral 2023 14:40 (UTC +04:00)

Ukrayna xarici işlər naziri Dmitri Kuleba, NATO Baş katibi Yens Stoltenberq və Aİ-nin Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ukraynaya silah və sursatın daha tez çatdırılması yollarını müzakirə edəcək.

APA xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrel jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, görüş fevralın 21-də baş tutacaq.

"Bilirsiniz ki, bu gün Ukrayna silahlı qüvvələrinin davamlı şəkildə sursat təchizatına çox ehtiyacı var, xüsusilə də 155 və 152 mm-lik kalibrə malik top mərmilərinə də ehtiyac var. Rusiya artilleriyası bir gündə 50 000 atış atır. Ukraynanın da bərabər imkanlara malik olması çox vacibdir. Biz yardım üçün, təchizat üçün müxtəlif imkanlardan istifadə etməliyik. Hazırda ən təcili məsələ təchizatdır, əgər biz burada uğurlu olmasaq, onda müharibənin nəticəsi də təhlükə ilə üzləşəcək", Borrel vurğulayıb.

O bildirib ki, gələn həftə Aİ müdafiə nazirlərinin görüşü gözlənilir. "Bilirsiniz ki, hərbi yardım məsələsində müdafiə nazirlərinin qərarları vacibdir ona görə də biz öz təkliflərimizi təqdim edəcəyik".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR