Bank Of Baku

Kuleba: Ukrayna Dnestryanıya hücum etmək fikrində deyil

Dmitri Kuleba

© APA | Dmitri Kuleba

# 04 may 2023 15:29 (UTC +04:00)

Ukrayna ordusu Dnestryanı əraziyə hücum etmək fikrində deyil.

APA xəbər verir ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba Moldovanın “TV 8” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, Rusiya Silahlı Qüvvələrinin bölmələri bölgədə yerləşdirildiyi üçün Ukrayna sərhəddə qoşun saxlayır, lakin bununla belə Dnestryanı əraziyə hücum etmək niyyətində deyil.

Kuleba vurğulayıb ki, Dnestryanı ərazi Moldovanın suverenliyi və ərazi bütövlüyü məsələsidir: “Biz Moldova hökumətinin Dnestryanı ilə münasibətlər və bu regionun reinteqrasiyası baxımından seçəcəyi yola tamamilə hörmətlə yanaşırıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR