Bank Of Baku

Kuleba və Liz Trass Ukraynaya silah tədarükünü müzakirə edib

Dmitri Kuleba, Liz Trass

© APA | Dmitri Kuleba, Liz Trass

# 13 aprel 2022 17:40 (UTC +04:00)

Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və onun britaniyalı həmkarı Liz Trass arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ukrayna xarici işlər naziri "Twitter"də bildirib.

XİN başçısı Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara görə ölkəsinin Böyük Britaniyaya minnətdar olduğunu bildirib.

“Ukraynaya silah tədarükünün sürətləndirilməsinin vacibliyi vurğuladım. Rusiyanın törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb edilməsi üçün gələcək addımlar da müzakirə olundu”, - Dmitri Kuleba qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR