Bank Of Baku

Kürşat Zorlu Azərbaycana təşəkkür edib

Kürşat Zorlu Azərbaycana təşəkkür edib
# 01 iyul 2026 14:29 (UTC +04:00)

“İsrailin bu əsassız qərarını dərhal rədd edərək onları həqiqətlərlə üzləşməyə dəvət edən qardaş Azərbaycana xüsusilə təşəkkür edirəm”.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Kürşat Zorlu, İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı qəbul etdiyi və Türkiyə tərəfindən “tarixi həqiqətlərlə uzlaşmayan” kimi qiymətləndirilən qərara münasibət bildirib.

Zorlu qeyd edib ki, həmin qərar təkcə Türkiyəyə deyil, eyni zamanda Türk dünyasının tarixi və mədəni bağlarına qarşı yönəlmiş düşmənçilik xarakterli yanaşmanın məhsuludur və heç bir hüquqi qüvvəsi yoxdur.

O, Azərbaycan tərəfinin bu qərarı rədd edərək İsraili həqiqətlərlə üzləşməyə çağırmasını alqışlayıb və buna görə təşəkkür edib.

“Bu əsassız qərarı dərhal rədd edərək İsraili həqiqətlərlə üzləşməyə dəvət edən qardaş Azərbaycana xüsusilə təşəkkür edirəm. Türk dünyasının geosiyasi və geostrateji baxımdan hər keçən gün güclənən və geniş coğrafiyaları sülh, əmin-amanlıq və rifaha çağıran mövqeyi Netanyahu hökumətinin ən böyük narahatlıqlarından birinə çevrilmişdir. Onların məqsədlərindən biri də bu mövqe və istiqaməti pozmaqdır”, - o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR