Latviya Prezidenti Edqars Rinkeviçs Rusiyanın Avropa İttifaqı ölkələrinə qarşı hibrid müharibəyə artıq başladığını bildirib.
Bu barədə Rinkeviçs “Reuters”ə açıqlamasında deyib.
Onun sözlərinə görə, Qərb xüsusi xidmət orqanları hazırda diversiya, sui-qəsd cəhdləri, yanğınlar, casusluq və digər təxribatlarla bağlı bir sıra araşdırmalar aparır.
Rinkeviçs bildirib ki, Rusiya xüsusi xidmət orqanları Baltikyanı ölkələr və Polşada kritik infrastruktura qarşı yeni diversiyalar hazırlayır. Latviya Prezidenti ölkəsində Ukraynaya yardım toplayan xeyriyyə təşkilatının anbarında baş vermiş yanğınla bağlı da araşdırmanın aparıldığını qeyd edib.