Rusiya ilə müharibə fonunda Latviya Ukraynaya əlavə hərbi dəstək göndərəcək.
APA xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri Artis Pabriks bildirib.
Onun sözlərinə görə, Latviya Nazirlər Kabineti bu gün keçirilən iclasda Müdafiə Nazirliyinin Ukraynaya əlavə hərbi dəstək göndərmək təklifini qəbul edib.
Qeyd edək ki, Litvanın müdafiə naziri Arvidas Anusauskas Kiyevə səfər edib.
Arvidas Anusauskas ukraynalı həmkarı Oleksiy Reznikovla görüşəcək. Görüşdə Ukraynaya yardım məsələsi müzakirə olunacaq.