Nə qədər lazımdırsa, Ukraynaya dəstəyimizi davam etdirəcəyik.
Bunu Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokerti APA-ya müsahibəsində deyib.
“Xarici işlər naziri cənab Devid Kemeron Kiyevdəki dostlarımıza bu mesajı verdi: biz Ukraynadakı dostlarımızı dəstəkləməkdə qətiyyətliyik. Aydındır ki, bu, çox çətin müharibədir. Bilirsiniz, bu həmişə belədir, bu heç vaxt asan olmayacaq və müharibə yorğunluğunun ölçüsünün ukraynalıların özlərinə baxmaqla ölçmək zərurətinin olduğunu düşünürəm. Hesab edirəm ki, onların göstərməyə davam etdikləri şey Vətənlərini azad etmək üçün döyüşü davam etdirməklə bağlı böyük cəsarətdir. Və bunun davam edəcəyinə şübhəmiz yoxdur, biz isə dəstəyimizlə bağlı tamamilə qərarlıyıq. Düşünürəm ki, onları dəstəkləyən əsas Qərb iqtisadiyyatlarının siyasi qətiyyəti var və dərin maddi, maliyyə dəstəyi hələ də kifayət qədərdir. Təbii ki, Yaxın Şərqdəki son hadisələrə görə ora daha çox diqqət yetirilib. Amma mən həm də Ukraynanın diqqətdə olduğunu düşünürəm”, - nazir vurğulayıb.
Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının xarici işlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa və Şimali Amerika üzrə dövlət naziri Leo Dokertinin APA-ya eksklüziv müsahibəsi