Litva 11 marta kimi ölkəni tərk etməyən Rusiya nömrəli avtomobilləri müsadirə edəcək

Litva 11 marta kimi ölkəni tərk etməyən Rusiya nömrəli avtomobilləri müsadirə edəcək
# 02 mart 2024 18:59 (UTC +04:00)

Rusiya qeydiyyat nömrəli avtomobillər 11 marta kimi Litvanı tərk etməsələr müsadirə olunacaqlar.

APA xəbər verir ki, bu barədə Litva Gömrük Komitəsi məlumat yayıb.

İstisna halı yalnız Kalininqrad vilayətinə tranzitlə gedən avtomobillərə tətbiq ediləcək, həmin nəqliyyat vasitələri Litvada 24 saat qala biləcəklər. Bu zaman avtomobil sahibi nəqliyyat vasitəsində olmalıdır, əks halda ölkəyə daxil olmasına icazə verilməyəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR