Bank Of Baku

Litva XİN rəhbəri: "Ukraynaya lazım olan bütün silahlar verilməlidir"

Qabrielius Landsberqis

© APA | Qabrielius Landsberqis

# 10 oktyabr 2022 18:22 (UTC +04:00)

Litva xarici işlər naziri Qabrielius Landsberqis müttəfiqləri Ukraynanı bütün növ silahlarla təchiz etməyə çağırıb.

APA xəbər verir ki, bu barədə Litva XİN rəhbəri "Twitter"də bildirib.

Litvalı naziri deyib ki, Rusiya təcavüzünə qarşı öz xalqını, torpağını, dənizini və səmasını tam müdafiə etmək üçün Ukraynaya lazım olan bütün silahlar verilməlidir.

"Hava hücumundan müdafiə sistemlərindən daha çoxunu verməyin vaxtıdır", - o vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR