Litva Xarici İşlər Nazirliyi Rusiya ilə Gürcüstan arasında birbaşa uçuşların bərpa olunmasına görə məyus olduğunu bəyan edib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, bu barədə XİN-in bəyanatında bildirilib:
“Biz məyusluq hissi ilə qeyd edirik ki, Rusiya ilə Gürcüstan arasında aviareyslərinin bərpası Gürcüstanın maraqlarına və onun seçdiyi Avropa İttifaqı (Aİ) və Avro-Atlantik inteqrasiya yoluna ziddir. Biz bir daha Gürcüstanı Aİ-nin Rusiyaya, eləcə də aviasiya sektoruna qarşı sanksiyalarına uyğunlaşmağa çağırırıq”, - deyə XİN-in Tvitter paylaşımında qeyd edilib.