Bank Of Baku

Litvada parlament seçkilərinin ikinci turu başlayıb

Litvada parlament seçkilərinin ikinci turu başlayıb
# 27 oktyabr 2024 11:00 (UTC +04:00)

Litvada Seymə (birpalatalı parlament) növbəti seçkilərin ikinci turunda səsvermə başlayıb.

APA xəbər verir ki, bu barədə yerli Mərkəzi Seçki Komissiyası məlumat yayıb.

Yerli vaxtla saat 07:00-da 70 seçki məntəqəsi açılıb, onlardan 1947-si birinci turda olub.

141 mandata malik Litva Seymi qarışıq sistemlə ümumi gizli səsvermə yolu ilə seçilir: 71 deputat majoritar sistemlə birmandatlı dairələrdə, 70 deputat çoxmandatlı dairələrdə partiya siyahıları ilə seçilir.

Qeyd edək ki, partiya siyahılarının deyil, real namizədlərin mübarizə apardığı 71 mandatdan ibarət birinci turda 50% üstəgəl bir səs toplamalı olan qaliblər cəmi səkkiz seçki məntəqəsində müəyyənləşib. 63 yer boş qalıb. Onların sahibləri birinci mərhələnin hər birinin iki liderinin meydana çıxdığı ikinci turda müəyyənləşir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR