Bank Of Baku

Litvalı deputatlar ATƏT PA-nın qış sessiyasını boykot edəcəklər

Litvalı deputatlar ATƏT PA-nın qış sessiyasını boykot edəcəklər
# 22 fevral 2023 15:29 (UTC +04:00)

Avstriyanın Rusiya nümayəndələrinin iştirakına icazə verməsindən sonra Litva nümayəndələri ATƏT Parlament Assambleyasının Vyanada keçiriləcək qış sessiyasını boykot edəcəklər.

APA "Euroactiv"ə istinadən xəbər verir ki, bu barədə Litva parlament nümayəndə heyətinin rəhbəri Vilija Aleknaite-Abramikiene bildirib.

"Son qərar iştirak etməməkdir. Bununla bağlı qərarımızı verdik və bu məsələdə müxalifətlə də həmrəyik, fikir ayrılığımIz yoxdur", - deyə litvalı rəsmi bildirib.

ATƏT PA-nın qış sessiyası fevralın 23-24-də Vyanada keçiriləcək. "The Guardian" yazır ki, iclasda 18 rusiyalı deputatın iştirakı gözlənilir. Rusiya nümayəndə heyətinin bütün üzvləri 2014-cü ilin əvvəlindən Aİ-nin sanksiya siyahısındadır.

Avstriya xarici işlər naziri Aleksander Şallenberq bu yaxınlarda bildirib ki, Vyana bütün iştirakçı dövlətlərin nümayəndələrinin Avstriyaya daxil olmasına icazə verməlidir.

"Platformalara ehtiyacımız olduğunu nəzərə almamalıyıq. ATƏT heç vaxt həmfikirlərin təşkilatı olmayıb", - Şallenberq bu həftənin əvvəlində Avstriyanın İctimai Televiziyasının “Zeit im Bild” verilişinə müsahibəsində deyib.

Əlavə edək ki, ATƏT daxilində üzvlərin iştirakını aradan qaldırmaq və ya onları qadağan etmək üçün heç bir mexanizm yoxdur, ona görə də Rusiyanın iştirakına mane olmaq üçün hər hansı addım vizaların verilməsinin təxirə salınması və ya imtinası ilə bağlı ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR