Bank Of Baku

Liviya Milli Ordusu Tripolinin bir hissəsini tutub

Liviya Milli Ordusu Tripolinin bir hissəsini tutub
# 05 aprel 2019 13:21 (UTC +04:00)

Xəlifə Xəftarın rəhbərliyi ilə Liviya Milli Ordusunun bölmələri Tripolinin cənub qərbində bir sıra rayonları tutub.

ONA-nın xəbərinə görə, bu barədə RİA Novosti ordu daxilindəki mənbəyə istinadən yazıb. “Hazırda şəhərin küçələri boşalır. Demək olar ki, bütün sakinlər şəhəri tərk etməyə qərar veriblər. Bir sıra rayonlara, o cümlədən Canzur və Əl-Svaniyə Liviya Milli Ordusunun döyüşçüləri yerləşdirilib”,- deyə mənbə açıqlayıb.  

Bildirilir ki, hələlik şəhərdə genişmiqyaslı toqquşmalar baş verməyib.

Qeyd edək ki, Xəftar 2014-cü ildə Müəmmar Qəddafinin keçmiş əsgərlərini bir araya toplayaraq 2017-ci ildə Benqazi şəhərini zəbt edib. Tərəfdarları onu “yeni Müəmmar” adlandırır.

BMT TŞ-nin bu gün Liviya ilə bağlı fövqəladə toplantı keçirməsi gözlənilir.

Hazırda Liviyada ikihakimiyyətlilik hökm sürür. Şərqdə Tobruk şəhərinə parlament, qərbdə Tripoli şəhərinə isə milli razılıq hökuməti rəhbərlik edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR