Bank Of Baku

Liz Tras Makronu Britaniyanın dostu adlandırmaqdan yayınıb

Liz Tras Makronu Britaniyanın dostu adlandırmaqdan yayınıb
# 26 avqust 2022 05:16 (UTC +04:00)

Böyük Britaniyanın Xarici işlər naziri, Baş nazirliyə namizəd Liz Tras bildirib ki, hələ Fransa prezidenti Emmanuel Makronu ölkəsinin dostu və düşməni adlandırmağa qərar verməyib.

APA-nın xəbərinə görə, bu barədə Sky News məlumat yayıb.

Avqustun 25-də Noric şəhərindəki təbliğat kampaniyasında hər 2 namizədin Makrona münasibəti soruşulub. Keçmiş maliyyə naziri Rişi Sunak Fransa prezidentini Britaniyanın dostu adlandırıb.

Liz Trasın cavabı isə belə olub: “Hələ məlum deyil... Baş nazir seçilərəmsə onun sözlərinə deyil, əməllərinə qiymət verəcəm”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR