Londonda Kral Çarlzın tacqoyma mərasimi keçirilib - FOTOLENT - YENİLƏNİB-1

Londonda Kral Çarlzın tacqoyma mərasimi keçirilib - FOTOLENT  - YENİLƏNİB-1
# 06 may 2023 19:34 (UTC +04:00)

Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilib.

APA-nın Britaniya bürosunun xəbərinə görə, bu, Britaniya tarixində 70 il sonra ilk dəfə keçirilən tacqoyma mərasimidir.

“Westminster Abbey”də keçirilən mərasimdə təxminən 2000-dən çox qonaq iştirak edib. Mərasimdən sonra Kral və Kraliça qızılı “Kral Arabası ilə Bakinqam Sarayına geri dönüb.

Daha sonra onlar kral ailəsinin digər üzvləri ilə Bakinqam Sarayının eyvanında xalqı salamlayıblar, hərbi uçuşu müşahidə ediblər.

Qeyd edək ki, mərhum Kraliça Elizavetanın tacqoyma mərasimi 1953-cü ilin iyun ayında keçirilmişdi.

***

15.25

Böyük Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi keçirilir.

APA xəbər verir ki, bu barədə kral ailəsinin rəsmi “İnstagram” səhifəsində məlumat verilib.

Qeyd olunub ki, Kenterberi arxiyepiskopu Çarlzı kral elan etməzdən əvvəl təşkil olunan mərasimdəkilər “Tanrı Kral Çarlzı qorusun!” deyə onu salamlayıb.

***

12.16

Bu gün Britaniya Kralı III Çarlzın tacqoyma mərasimi keçiriləcək.

APA-nın Britaniya bürosunun xəbərinə görə, tacqoyma mərasimi Britaniya vaxtı ilə saat 11:00-da Westminster Abbey-də keçiriləcək.

Kral Çarlz və Kraliça Kamilla saat 10:20-də Bakinqam Sarayından avtomobil karvanı ilə London küçələrindən keçərək “Westminster Abbey”ə gələcəklər.

Hazırda 10 minlərlə insan sarayın qarşısında və avtomobil karvanının yollarda Kralı görmək üçün toplaşıb.

“Westminster Abbey”dəki mərasimdən sonra Kral və Kraliça, Uels Şahzadəsinin uşaqları Corc, Şarlotta və Lui də daxil olmaqla kral ailəsinin digər üzvlərinin qatıldığı daha böyük bir mərasim karvanı ilə Bakimqam Sarayına qayıdacaqlar.

Daha sonra onların hamısı sarayın eyvanından xalqı salamlayaraq günün təntənəli tədbirlərini yekunlaşdıracaqlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR